Gülər Əhmədova Bakı şəhər prokurorluğunda dindirildi
Bütün Xəbərlər
17:59 09.10.2012
1407
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədova Bakı şəhər prokurorluğunda dindirilib. Bu barədə Trend-ə hüquq-mühfizə orqanlarındakı mənbədən məlumat verilib.Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib. Sultanov bildirib ki, bu gün Gülər Əhmədovanın qeyd edilən cinayət işi üzrə şahid qismində ifadəsi alınıb.Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.