Gülər Əhmədova: ''Darıxmayın, mən də danışacam'' - AÇIQLAMA

Gülər Əhmədova:
Bütün Xəbərlər
12:53 02.11.2012
2198
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, G.Əhmədovanın rüşvət videosunda adı hallanan Sevinc Babayeva sabiq deputatın bağında gizlədilib.G.Əhmədova qəzetə açıqlamasında bu iddianı təkzib edib. Keçmiş deputat deyib ki, onun bağının harada olduğunu hamı bilir və orada S. Babayeva yoxdur.O, YAP-dan çıxarılmaması və bunun arxasındakı “gizlinlər”lə bağlı sualı isə cavablandırmayıb: “Mən özüm uyğun bildiyim sualların birinə cavab verəcəm”.Bu arada G. Əhmədova “Yeni Müsavat”ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham edib: “Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin”.
OXŞAR XƏBƏRLƏR