‘Gülər Əhmədova əzab çəkir’

‘Gülər Əhmədova əzab çəkir’
Bütün Xəbərlər
01:40 18.04.2013
1452

Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlanır.

Məlumatı “Media forum” saytına Gülər Əhmədovanın vəkili Raqif Mustafayevverib. Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinə təqdim olunacaq vəsatətdə Gülər Əhmədova haqda həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyəcəklər: “Qanunsuz və ədalətsiz həbsin dəyişdirilməsi üçün başqa hüquqi imkanımız qalmayıb. Bununla qanunsuzluğu qismən aradan qaldırmaq istəyirik. Gülər Əhmədovanın işi üzrə hər hansı istintaq hərəkəti aparılmır. Bu necə istintaqdır ki, Gülər Əhmədovanı həbs edirlər, amma bu günədək Elşad Abdullayevi dindirməyiblər. İlk növbədə, Elşad Abdullayev dindirilməlidir. İstintaq onun ifadəsi əsasında Gülər Əhmədovadan ifadə almalıdır. Çünki onun Gülər Əhmədovaya qarşı hansı ifadələr səsləndirdiyi məlum deyil. Bir yandan deyir ki, Gülər Əhmədova məndən 500 min dollar alıb, o biri yanda yazır ki, 1 milyon dollar, digərində isə 2 milyon dollar göstərir. İstintaq 1 milyon dollarlıq ittiham verib. Amma istintaq Elşad Abdullayevi dindirməyib. Mətbuatda yayılan məlumatlara görə, istintaq orqanı Fransaya istintaq qrupu göndərir. Mən bilmirəm ki, istintaq orqanı niyə Elşad Abdullayevə bu qədər diqqət göstərir? Əgər ona Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürüblərsə, deməli, Elşad Abdullayev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməlidir. Ondan Bakıya gəlməsi tələb olunmalıdır. Elşad Abdullayevin ardınca Fransaya getmələri ona göstərilən diqqət və qayğının göstəricisidir”. Aprelin 16-da Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkil bildirib ki, sabiq deputatın səhhəti ağırdır: “Hərarəti aşağı düşmür. Bu da Gülər Əhmədovanın ağır xəstəlikdən əziyyət çəkdiyini göstərir. Deyir ki, məni şərləyiblər, haqsızlıqla üzləşmişəm, qanunsuz həbsdə saxlanıram, istintaqı uzadırlar, istintaqın gedişi haqda heç bir məlumat vermirlər. Bütün bunlara görə Gülər Əhmədova əzab çəkir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib