“Bu xəbərləri ortaya atanlar mənə qarşı çirkin kampaniya aparanlardır”
Elşad Abdullayevlə seçki müzakirələrinin əks etdirən video görüntülərinə görə deputat mandatından məhrum olan Gülər Əhmədovanın təsisçisi olduğu "Mərkəz" qəzeti də fəaliyyətini dayandırdı. Moderator.az saytı Gülər Əhmədova ilə əlaqə saxlayaraq “Mərkəz”in sonrakı taleyinə aydınlıq gətirməsini xahiş edib. Saytımıza açıqlamasında Əhmədova bildirib ki, son zamanlar barəsində yayılan məlumatlara və ona qarşı aparılan kampaniyalara görə müvvəqəti olaraq qəzetin nəşrini dayandırmaq qərarına gəlib: “Bu, heç də onun birdəfəlik bağlanması anlamına gəlməsin”. G.Əhmədova hazırda həbsdə olan iş adamı Nadir Orucovu aldatması barədə son iddialara da cavab verib: “O adamı heç vaxt tanımamışam. Belə bir adamın nə zamansa həyatda da üzünü görməmişəm. Bu xəbərləri ortaya atanlar mənə qarşı çirkin kampaniya aparanlardır".