Gülər Əhmədovanın insult keçirtməyi onu cinayət məsuliyyətindən azad edir? - HÜQUQŞÜNAS CAVAB VERDİ

Gülər Əhmədovanın insult keçirtməyi onu cinayət məsuliyyətindən azad edir? - HÜQUQŞÜNAS CAVAB VERDİ
Bütün Xəbərlər
13:03 28.09.2012
3004
Xəbər verdiyimiz kimi, millət vəkili Gülər Əhmədova və keçmiş rektor Elşad Abdullayev haqqında yayılan video barəsində cinayət işi açılıb.
AZXEBER.COM xəbər verir ki, bir neçə gün öncə youtube-da yayımlanan videodan sonra ölkədə sözün əsl mənasında şok yaşanıb.
Neçə gündür sosial şəbəkələrdə, ictimai və siyasi müzakirələrdə həmin video haqqında qızğın müzakirələr gedir.
Məsələ ilə baş prokuror Zakir Qaralov müvafiq göstərişlər verdikdən sonra araşdırmalar aparılıb və cinayət işi açılıb.
Baş Prokurorluq yaydığı məlumatda qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlandığını qeyd edib.
Bu gün səhər saatlarında Gülər Əhmədovanın insult keçirtməsi xəbəri isə millət vəkilinin cinayət işindən azad olunub-olunmayacağı mövzusunda müzakirəsinə səbəb olub.
Məsələ ilə tanınmış hüquqşünas, həmçinin, Elşad Abdullayevin vəkili Adil İsmayılov açıqlamasında bildirib ki, heç kim insult keçirtdiyinə görə cinayət məsuliyyətindən azad edilmir.
“Qanunvericilikdə belə maddə yoxdur. İnsult keçirən insan sadəcə olaraq istintaqdan azad edilə bilər” – deyə, hüquqşünas bildirib.
A.İsmayılov həmçinin bildirdi ki, cinayət işi ilə əlaqədar aparılan araşdırmalar, sorğular və dindirmələrlə bağlı hələ ki, Baş Prokurorluqdan heç bir müraciət olunmayıb.
“Elşad Abdullayevin bu çağırılıb dindirilməsi üçün mənə hələ heç bir müarciət olmayıb”.
OXŞAR XƏBƏRLƏR