Gülər Əhmədovaya görə işindən çıxarılan Səyyad Arana yeni vəzifə verildi

Gülər Əhmədovaya görə işindən çıxarılan Səyyad Arana yeni vəzifə verildi
Bütün Xəbərlər
17:22 16.11.2012
1569

Azərbaycanın İstanbuldakı keçmiş sabiq baş konsulu, keçmiş deputat Səyyad Aran yeni vəzifəyə təyin edilib. S. Aran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini təyin olunub. Komitənin mətbuat xidməti məlumatı təsdiqləyib.Qeyd edək ki, əvvəllər Milli Məclisin üzvü olan S. Aran 9 oktyabr 2006-cı ildən 3 may 2010-cu ilə qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu çalışıb. Son təyinata qədər o, Milli Məclisin Aparat rəhbəri xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi çalışırdı.

//APA

OXŞAR XƏBƏRLƏR