Güləşçilərə bəd xəbər: İki Avropa çempionatı ləğv olundu

Güləşçilərə bəd xəbər: İki Avropa çempionatı ləğv olundu
İDMAN
22:50 09.08.2020
1188

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin virtual iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.

Belə ki, COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa çempionatlarının ləğv edilməsini qərara alıb.

Xatırladaq ki, ötən ay açıqlanan təqvimə əsasən, oktyabrın 5-dən 11-dək Polşada yeniyetmələrin, həmin ayın 19-dan 25-dək isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.

UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik”.

Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
23:09 19.10.2026
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
22:56 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
22:43 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”