Güləşçilərimiz İstanbuldan 5 medalla dönür

Güləşçilərimiz İstanbuldan 5 medalla dönür
İDMAN
10:42 03.02.2014
1061

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir başa çatıb

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir başa çatıb. AZXEBER.COM Azərbaycan Güləş Federasiyasının saytına istinadən məlumatına görə, "Ahmet Cömert Spor Salonu"nda keçirilən turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızla bərabər, Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparıblar. Turnirin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olub. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal əldə ediblər. Turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar. 85 kq-da mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq iki türkiyəli və özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşıb. Görüşü məğlub başa vuran Şəhriyar gümüş medalla kifayətlənib. 75 kq-da Elvin Mürsəliyev ilk görüşünü qələbə ilə başa vursa da ikinci görüşdə məğlub olub. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirib və vaxtından əvvəl görüşün taleyini həll edib. Medal yolunda həlledici görüşdə E.Mürsəliyev İran güləşçisi ilə qarşılaşıb. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib olub. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Belarus isə ikinci sırada qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?