02:05 çərşənbə Axşamı, 17 Sentyabr 2019
İDMAN

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

22:04, 18.08.201911718
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, avqustun 18-də güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

 

Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ