Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatına start verilib. Yarışın ilk günü mübarizəyə qoşulan idmançılarımızdan 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Bayramov bütün rəqiblərindən üstün olub və komandamıza London Olimpiadasına ilk lisenziya və ilk qızıl medalı qazandırıb.Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata təmsilçimiz finalda Belarus güləşçisi Elbek Tajıyevi hər iki hissədə 3:0, 1:0 hesabı ilə məğlub edib.