Güləşçimiz yarışdan qovuldu - VİDEO

Güləşçimiz yarışdan qovuldu - VİDEO
Bütün Xəbərlər
14:51 11.11.2015
1190
Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.
AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.
125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.
OXŞAR XƏBƏRLƏR