Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO

Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO
SOSİAL
21:33 21.09.2019
31091
Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Xoşbəxtlikdən hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına biliblər. Əslən Lənkərandan olan 28 yaşlı Məmmədov,  bank işçisi olub.

Mərhuma gəlincə, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "ASAN Viza"da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı, hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Əldə etdiyimiz məlumata görə, Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib.

Gülgüngil ailədə iki bacı, bir qardaş olublar. Əmiraslanlı özü isə subay imiş.
 
Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır