“Güllə yağışı” abidəsi ziyarət edildi - FOTOLAR

“Güllə yağışı” abidəsi ziyarət edildi - FOTOLAR
SOSİAL
16:57 19.01.2023
158
Biləcəri qəsəbəsində yerləşən "20 Yanvar" şəhidlərinin xatirə parkında ucaldılmış "Güllə yağışı” abidəsi ziyarət edildi.

AZXEBER.COM xəbər verir ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Binəqədi Rayon Biləcəri qəsəbəsində yerləşən "20 Yanvar" şəhidlərinin xatirə parkında ucaldılmış "Güllə yağışı” abidəsi ziyarət edildi.

İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Sevinc Süleymanova və Hacıbaba Babayev, RİH başçısı Aparatının şöbə, sektor müdirləri, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, "20 Yanvar Cəmiyyəti”nin üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində "Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.

 

 


OXŞAR XƏBƏRLƏR