Gülsel Səfərova azərbaycanlı gənclərlə avropalı gəncləri müqayisə etdi - KÖŞƏ
GƏNCLİK
12:35 29.10.2012
1622
Gülsel SƏFƏROVAAGAT SədriVətəndaş cəmiyyətin inkişafı dedikdə həmin ölkənin ən əsası sivil inkişafı və qloballaşan dünyaya inteqrasiyası başa düşülür. Eyni zamanda ölkənin ümumi siyasətinin əsas flaqmanı deyə bilərik. Bu baxımdan vətəndaş cəmiyyətinin inkişafı həm də dövlətlə qarşılıqlı əməkdaşlıq sayəsində baş verir. Dövlət və QHT münasibəti hər zaman maraqlı mövzu obyekti olub. Hər biri müstəqil, amma bir biri ilə təmasda olan tərəflərdir. Dövlət inkişaf etdikcə, vətəndaş cəmiyyəti subyektlərinin sayı artır. Lakin inkişaf o zaman baş verir ki, hər iki tərəf bir biri ilə dialoqdadır, hər iki tərəf uğur göstəricilərinə görə önə çıxmaq istəyirlər. Təbii, bu müqayisə birmənalı deyil. Amma vətəndaş cəmiyyətinin inkişaf perspektivi bu dialoq üzərində qurulmalıdır. Əks halda, cəmiyyətdə baş verənlərdən çoxlarının xəbəri olmayacaq. Vətəndaş cəmiyyətinin inkişafının göstəriciləri isə çoxdur. Əgər müasir dövrdən danışırıqsa, təbii ki burada sosial şəbəkələr və yeni medianin özünəməxsus rolu vardir. Azərbaycanda internet istifadəçilərinin sayı gündən günə artır. Lakin istifadəçilərinin hamısı ölkənin sosial, ictimai, siyasi və mədəni həyatında maraqlı deyillər. Maraqlı olan kəslərin əksəriyyətinin dil baryeri vardır. Buradan başlamaq lazimdir!Ölkə gəncliyi müxtəlif dillərə sahib olub Azərbaycanın reallıqlarının ölkədən kənarda təbliğ etməlidir. Bundan başqa informasiya texnologiyalarına yiyələnib, Avropalı gənclərdən 2 dəfə daha çox intellektual savada malik olmalıdır. .Əslində bugun Azərbaycanda gənclərin intellektual bilik mərkəzlərinin yaradılması vacibdir.Bu yarışma xarakterli deyil, daha çox qlobal gənclər siyasəti ilə bağlı və gənclərin iştirakı ilə olan beyin mərkəzlərinin yaradılmasıdır. Belə bir fəaliyyət vətəndaş cəmiyyətinin gənclik qollarının inkişafına təkan verəcək. Eyni zamanda Cənubi Qafqazda bu tip layihədə ilk olacağıq. Gənclər vətəndaş cəmiyyətinin ən dinamik təbəqəsidir. Bu baxımdan vətəndaş cəmiyyətinin perspektivi həm də gənclərin intellektual inkişafından çox asılıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin biznes qurumlari ilə birgə fəaliyyəti perspektiv baximindan daha faydalıdır. Biznes qurumları ilə əməkdaşlıq qrant fəaliyyətindın çıxaraq real qarşılıqlı əməkdaşlıq deməkdir. İnkişaf etmiş ölkələrdə QHT-lərin əsas büdcə mənbəyinin yarısı korporativ fəaliyyətdən qaynaqlanır. Bu istiqamətdə müxtəlif təbliğat xarakterli tədbirlər, seminarlar və ya kampaniyaların keçirilmısi məhz vətəndaş cəmiyyətinin üzərinə düşür.