Gülsel Səfərova İordaniyaya səfər etdi

GƏNCLİK
01:32 29.05.2013
1877

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova 22-23 May, 2013-cü il tarixində İordaniyada Dünya İqtisadi Forum tərəfindən yaradılmış “Global Shapers Community”-nın Yaxın Şərq üzrə tədbirində iştirak etmişdir.

AGAT-ın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə Avropa, Şimali Afrika, Yaxın Şərq ökələrinin şeyperləri və mərkəz üzvləri iştirak etmişdir. Global Shaper İcmasının yaranmasında məqsəd İqtisadi Forum çərçivəsində gənclər şəbəkəsini yaratmaq, dünya yaradıcı və qabaqcıl gənclər arasında əməkdaşlığı təmin etmək və qazanılmış bilikləri öz icmalarında tətbiq etməkdir.

Tədbir çərçivəsində AGAT-ın sədri “Global Shapers Community”-nin direktoru Yemi Babinton-Aşaye ilə fikir mübadiləsi aparmış, digər şeyperlərlə əlaqə yaratmışdır.

2 günlük tədbir çərçivəsində dünyada iqtisadi və siyasi dəyişikliklərlə bağlı geniş panellər keçirilmişdir. Hər bir paneldə G. Səfərova təcrübəsi ilə bölüşmüş və ökənin uğurlu iqtisadi siyasətindən danışmışdır. Daha sonra G. Səfərova novbəti şeyperlərin görüşünün Bakıda keçirilməsini təklif etmişdir.

OXŞAR XƏBƏRLƏR