Azərbaycan müxalifətinin imkanı olsa elan edərdi ki, “Fredeem House” və “Human Rights” BMT-dən daha ciddi qurumlardır.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova deyib.AGAT sədri bildirib ki, bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da vəziyyət ideal deyil və problemlər var.“Bu problemlərin mövcudluğu hakimiyyət tərəfindən də inkar olunmur. Əvvəla ölkəmizə qarşı mənfi hesabat hazırlayan təşkilatlar informasiyanı müxalifət düşərgəsindən alırlar. Bu da öz növbəsində birtərəfli və qeyri-dəqiq hesabatların meydana çıxmasına səbəb olur”.G.Səfərovanın sözlərinə görə, müxalif düşərgə elə bir ab-hava yaratmağa çalışır ki, guya bütün beynəlxalq təşkilatlar Azərbaycanı tənqid etmək, qaralamaqla məşğuldur.“BMT insan inkişafı indeksinə görə, Azərbaycan 37 pillə irəliləyib və MDB dövlətləri arasında ilk üçlükdə qərarlaşıb. Müxalif düşərgə bunu niyə ictimailəşdirmir? Çünki bu onlara sərf etməyən bir hesabatdır. Onların imkanı olsa elan edərdi ki, “Fredeem House” və “Human Rights” BMT-dən daha ciddi qurumlardır”.AGAT sədrini vurğulayıb ki, əslində isə onların “diplomatik qələbə” kimi təqdim etdikləri hesabatların müəllifi olan beynəlxalq təşkilatlar BMT-nin yanında çox kiçik və əhəmiyyətsiz bir təşkilatlardır. Digər tərəfdən Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən beynəlxalq təşkilatların hesabatına da müxalifət düşərgəsi soyuqqanlı yanaşır.“Bütün bunlar bir daha göstərir ki, müxalifətə ölkənin gələcəyi yox, sadəcə hakimiyyətə təzyiq etmək üçün bir bəhanə lazımdır”.