Gülün vaxtı bəlli oldu

Gülün vaxtı bəlli oldu
Bütün Xəbərlər
14:11 11.01.2012
1436

Abdullah Gülün vəzifə müddəti ilə bağlı mübahisələrə son nöqtə qoyulub.

Prezidentin vəzifə müddətinin 7 il olduğu maddəyə əlavə dəyişikliklər edilib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisi Konstitusiya Alt komissiyası “Prezident seçimi layihəsi" ilə bağlı bəzi dəyişiklikləri qəbul edib. Gülün səlahiyyət müddəti 7 il olaraq müəyyən edilib. Ədalət və İnkişaf Partiyasından olan deputat Mustafa Şentop Abdullah Gülün daha bir dəfə prezidentliyə namizəd ola bilməyəcəyini deyib. Layihənin bu gün üst komissiyada müzakirə edilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR