Günahsız yol polisi - KÖŞƏ

Günahsız yol polisi - KÖŞƏ
KÖŞƏ
15:50 29.06.2012
3491
Tural YUSİFOVwww.dj-tural.livejournal.comMən hər zaman işdən çıxandan sonra avtobusla yox 1 azn qarşılığı yolüstü sərnişin götürən sürücülərlə evə gedirəm. Belə daha rahat və tezdir. Bu Sərnişinəqliyatda yaranan boşluqdan irəli gəlir. Çünki mən kiminsə qoltuğunun altını iyləməyəcək qədər çox böyümüşəm. İndi mən atasından pul götürüb dərsə gedən biri deyləm buna dözüm. Bakıda marşrut isə yalnız zahirən dəyişib idarəetmə isə necə var elə də qalıb. Sözüm onda yox...Hər zamanki kimi işdən çıxıb həyat yoldaşımla evə getmək üçün Hyundai İX 35 markalı avtomobilə əyləşdik. Sürücü məni tanıyırdı. Biz onun avtomobilə ikinci dəfə idi gedirdik. Birinci dəfə gedəndə Keykab Səfərəliyeva küçəsində qoşa xətti tapdalayıb yolu keçmişdi. Qarışmadım. "Kamera var ünvanına cərimə gələr özü cavab verər" deyə düşündüm. Bu dəfə də istisna olmadı. Avtomobil tərpənər tərpənməz Puşkin - Dilarə Əliyeva küçələrinini kəsişməsində piyada keçidində piyadaya yol vermədi. Hər dəfə qazı basdıqca ürəyimdə bunun axırının yaxşı olmayacağını hiss edirdim. Sonra telefonu götürüb "quzu kəsərəm" , "qadan alaram " kimi təşbehlərlə kiminsə zəhləsini tökdü...Bu zaman yenə adəti üzrə (niyə adəti üzrə ? çünki adət edənlər hər zaman eyni yerdə eyi qaydanı pozarlar) qoşa xətti tapdaladı. 90 saniyə səbri çatmadı gözləsin svetoforun rənginin dəyişməsinə və Üzey Hacıbəyov küçəsindəki YPX onu gördü. Sürücünün ilk reaksiyası : "pah işə düşdük də"... Daha sonra "Bir dəli şeytan deyirki saxlama"...Hisslərim məni aldatmadı YPX işıq siqnalları ilə avtomobilin saxlanması əmr etdi. Köhnə Bakı Gömrük komitəsinin yanında dayandıq. Qardaş maşından düşər düşməz telefonlarını götürdü. YPX inspektoru bir kapitan idi. Özünü təqdim etdi və sənədləri istədi. Bu gəda isə sənəd təqdim etmədən kiməsə zəng edirdi. Beləcə 20 dəqiqə keçdi. Mən həmin inspektorun səbrinə heyran oldum. Kişi səbrlə "bala sənəd ver sonra zəng elə" deyir , həmin "bala" isə elə hey kimi isə yığırdı...Həmin kimsə isə çox güman el çatmaz bir yerdə idi. Nə isə ciddi cəhdlə həmin şəxsə düşür. Deyəsən Şahin idi adı. Bu Şahin bəyin "telefonu ver onlara" demesinə baxmayaraq inpektor telefonu götürmək istəmir. Özünə qarşı hörmətsizliyə görə. Aralarında xırda bir dialoq keçdi :- Rəis telefonu götürün Şahin müəllimdir- Şahin kimdi ?Bu zaman cavan oğlanın gözləri böyüdü, üst dodağı büzüldü daha inandırıcı tonda :- Şahin müəllimdə... dedi..(Çox güman heç özüdə bilmirdi bu Şahin kimdir. Bir bildiyi var idi bu da onun atasının dostu olması.Bəlkədə bu Şahin DYP-də operatordu kameraya baxır )))) )Ciddi- cəhddən sonra inspektor telefonu götürür və blə anlaşırlar ki, 100 azn 4 balın əvəzinə 40 azn 3 bal yazılsın. ..Bu zaman cavan oğlan daş atıb başını tutdu ki, "yox mənim pravam təmizdi heç nə yazılmasın". İnspektorlara mübahisə,qırşqırıq, həngamə....Zəng edir atasını çağırır.. Atası gəlir...Ağsaç nürani bir kişidir. İnspektor şəxsin atasıyla danışmaq belə istəmir və ona arxasına çevirir...Bax bu oğulun atasını yerə soxması idi..Atanın da günahı var. Çünki özü piyada gəzir oğul dılğır isə maşında fırlanır. Ata yazıq Kapitanla danışa bilməyəcəyini görüb baş serjanta yaxınlaşıb dil tapmağa çalışır. Və bu an oğlunun ondan xəbərsiz Şahin adlı polis əməkdaşına zəng etməsi atanı hirsləndirir. Ata oğluna küçənin ortasında tərbiyə verməyə başlayır. Ata həyatı boyu buraxdığı səhvləri küçədə düzəltməyə başlayır. Artıq mənim səbrim dözmədi bir Chevrolet Aveo saxlayıb evə getdik. Sürücü əlil idi. Səsimdən məni tanıdı. Çox rahat evə gəldik...Biz Hövsana çatanda hələdə həmin Hyundai İX35 bizi keçməmişdi. Bəlkədə ata öz oğluna tərbiyə verməklə inspektorun önündə alçaldırdı... Bütünü bunlar 100 manata görə baş verirdi... 25 minlik maşın sürən cavan oğlan 100 manata görə şalvarından belə vaz keçmişdi. Artıq şalvar başında idi..Günahkar atasıdı ... Oğlu layiq olmadan ona maşın alıb verib.Günahkar oğuldur...Əziyyət çəkmədən maşın alıb...Günahkar həmin Şahin müəllimdir ona buna nömrə verib "nə olsa mənlikdir" deyib...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub