“Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım”

“Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım”
KRİMİNAL
18:47 06.12.2018
12313
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılovun məhkəməsi keçirilib.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahid dindirilib. 

Xəyyam Əsədov deyib ki, mərhum G.İsgəndərova qızının müəlliməsi olub: "Həm də qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım məndə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı. 

Hadisə günü Sənani (qardaşı) mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim. Axşam saat 10-da Sənani zəng edib dedi ki, "sən get, mən özüm gəlirəm". Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb". 

R.İsmayılov ona "Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin" deyə sual verib və əlavə edib ki, Xəyyam özünü "Beton" ləqəbi ilə tanıdaraq arvadını onun əlindən almaq istəyib. 

X. Əsədov isə Ramini cəmi bir dəfə gördüyünü və onu hədələmədiyini deyib: "Ramin Hüseyn dayının evinə girib dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım". 

Şahidlərin dindirilməsi və sənədlərin tədqiqi mərhələsi məhdudlaşdırılıb. Məhkəmə istintaqı yekunlaşıb, proses dekabrın 20-də davam etdiriləcək. 

İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib. Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu "Mahirə” adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub.

Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Günay  İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir