Günay İbrahimlinin polkovnik qohumu cəbhədə həlak oldu - FOTO

SOSİAL
12:16 20.04.2016
3081
Müğənni Günay İbrahimlinin qohumu həlak olub.
AZXEBER.COM  xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb. Günay bildirib ki, atasının bibisi nəvəsi polkovnik-leytenant Sənan Axundov Lələ təpə istiqamətində minaya düşərək şəhid olub: “İki gün idi ki, polkovnik rütbəsi almışdı, çox pis oldum, evin tək oğlu idi. Allah rəhmət eləsin, səbr versin”.

Müdafə Nazirliyi mətbuat xidmətindən bildirilib ki, S. Axundov təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

OXŞAR XƏBƏRLƏR