Xəbər verdiyimiz kimi, dünən bəzi saytlarda Türkiyənin tanınmış aktyoru Tolqa Karel ilə ailə quran azərbaycanlı model Günay Musayevanın övladına kiçik toy etməsi barədə məlumatlar getmişdi. Bu gün isə başqa bir internet nəşrində belə bir xəbər gedib: “Gunay Musayeva övladına kiçik toy etməsini və onun kirvəsinin Elşən İbrahimov olduğunu təsdiqlədi”.
AZXEBER.COM-un məlumatına görə, haqqında yazılanamodern.az vasitəsi ilə münasibət bildirən ünlü model deyib ki, yanlış məlumatlara görə Publika.az saytının əməkdaşı Fuad Mədətov və saytı məhkəməyə verəcək:
“Fuad Mədətov mənimlə nə vaxt əlaqə saxlamısan? Sənin kim olduğunu da bilmirəm, amma yazdığın bütün yazılar yalandır. Bunlar üçün artıq məhkəmədə cavab verəcəksən”.