Türkiyəli aktyor Tolqa Karel “Survivor” yarışmasında aylar sonra ilk dəfə həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva ilə əlaqə saxlaya bilib.
AZXEBER.COM xəbər verir ki, “Survivor” yarışmasında bu həftə qalib gələn məşhurlar komandası öz ailələri ilə internet vasitəsi ilə əlaqə saxlamaq imkanına sahib olublar.
Yarışmanın qaydalarına uyğun olaraq, komandanın bütün üzvləri, o cümlədən Tolqa Karel də öz ailəsi ilə əlaqə yarada bilib. O, aylar sonra ilk dəfə həyat yoldaşı azərbaycanlı model Günay Musayeva ilə danışıb.
Xatırladaq ki, bir müddət bundan öncə Günay Musayevanın Tolqa Kareldən boşanması barədə xəbərlər yayılmışdı. Cütlüyün bir-biri ilə əlaqə yaratması bu iddiaların yalan olmasını ortaya çıxardır.