“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir (FOTOLAR)

“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir (FOTOLAR)
SOSİAL
12:03 25.12.2017
3451

"Günay Sığorta” şirkəti müştərisinə dəyən ziyanı ödəməkdən yayınır.

 

Bu barədə sığorta şirkətinin müştərisi Şirvan şəhər sakini Ceyhun Həsənov AZXEBER.COM-a müraciətində bildirib. Onun sözlərinə görə, avtomobilini icbari qaydada "Günay Sığorta” şirkətində sığortalayıb. Dekabr ayının 2-də isə Bakıda zəncirvari qəzaya düşüb. Belə ki, Ziya Bünyadov prospektində idarə etdiyi 90 UJ 483 nömrəli Opel Astra ilə ara məsafəsi saxlamadığı üçün qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 UJ 145 nörməli Mercedes Benz avtomobilini arxadan vurub. Zərbənin təsirindən əzilən avtomobil də qarşıdakı 50 BX 703 nömrəli Mercedes Benz avtomobilinə çırpılıb. Nəsimi rayon DYP-nin əməkdaşları hadisə yerinə baxış keçirib. Daha sonra sığorta şirkətinin qaynar xəttinə qəza barəsində məlumat verilib. Yarım saat sonra şirkətin əməkdaşları hadisə yerinə gəlib avtomabillərin şəkillərin çəkərək sənədləşmə işləri aparıblar. Nəsimi rayon DYP-nin hadisə materialları "Günay Sığorta” Sığorta şirkətinə 04.12.2017-ci il tarixdə təqdim edib və araşdırma materialına əlavə edilib. Sığorta ödənişinin edilməsi barədə Günay Sığorta ASC-nin Sığorta Şirkətinin İdarə Heyyətinin sədrinə ərizə ilə müraciət edilib.


Ceyhun Həsənov bildirib ki, sığorta şirkəti dəymiş zərəri qiymətləndirərkən avtomobilə baxış keçirməyib: "Bu hal göstərir ki, onlar sığorta hadisəsi nəticəsində dəymiş ziyanı istədikləri kimi qiymətləndirir, bundan sonra isə süründürməçilik halı başlayır”.


Şikayətçi bildirir ki, qanuna əsasən sığorta ödənişi bir həftə ərzində verilməli olsa da sığorta şirkəti süründürməçilik edir: "Elə edirlər ki, bezərək sığorta ödənişindən imtina edim. Bir neçə müddətdir ki, sığorta şirkətinin əməkdaşları nə əlaqə saxlamır nədə ki, telefona cavab vermirlər”.

 

O bildirib ki, sığorta şirkətinin əməkdaşlarının bu qanuna zidd hərəkətləri adi vətəndaşların sığorta şirkətlərinə inamsızlığı günü-gündən artır, avtomobil sahiblərini sığortadan yayınmağa məcbur olur.

 

Qeyd edək ki, "İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

 

C.Həsənov məsələ ilə bağlı "Günay Sığorta” şirkətinin rəhbərliyinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da şikayət ərizəsi ünvanlayıb.

 

AZXEBER.COM olaraq məsələ ilə bağlı "Günay Siğorta" şirkətinin də mövqeyini dərc etməyə hazırıq.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
22:59 10.10.2026
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib