Günayın ölümündə əli olduğu iddia edilən nişanlısı danışdı VİDEO

Günayın ölümündə əli olduğu iddia edilən nişanlısı danışdı  VİDEO
Bütün Xəbərlər
00:04 06.09.2013
11366

"Günay qəzadan öncə məni ağır təhqir etmişdi"

Günay Məmmədovanın nişanlısı polis əməkdaşı Rabil Rzayevin izahatı alınıb.

Bunu Lent.az-a G. Məmmədovanın işini araşdıran müstəntiq Müşfiq Alməmmədov deyib. Onun sözlərinə görə, hələlik R. Rzayevin günahı sübut olunmayıb. Hazırda istintaq davam edir.

Qeyd edək ki, Bakı Metropoliteninin əməkdaşı G. Məmmədova avqustun 30-da aeroport yolunda baş verən qəzada həlak olub. Zərbənin təsirindən G.Məmmədova digər maşınların altına düşüb. Onun meyitinin hissələri salafan tobalara toplanaraq dəfn edilib. 

Mediada yazılanlara görə, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb.

G. Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb. Sonralar isə, Bakı metrosunun “Gənclik” stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin arasında sirr olaraq qalacaq. Yəni Rabilin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.

Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvələr evli olması xəbərini çatdırdığını deyib. Bu isə baş vermiş faciəyə zəmin yaradıb.

G. Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsi bu faktı təkzib edir.

Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb.

Dünən verilən məlumata görə isə, hadisə baş verənədək metronun “Gənclik” stansiyasında xidmət aparan R.Rzayev artıq başqa stansiyaya təhkim olunub. O, hazırda “Həzi Aslanov” stansiyasında xidmətdədir.

***

APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, Rabil Rzayev ifadəsində ölümündən əvvəl Günay Məmmədova ilə bir yerdə olduğunu təsdiqləyib. O bildirib ki, G. Məmmədovanı şəxsi avtomobili ilə yaşadığı evdən söhbət etmək üçün götürüb. Lakin yolda onların arasında mübahisə baş verib və geri dönüblər. Geri dönərkən G. Məmmədova israrla maşından düşmək istəyib və nişanlısı onun istəyini yerinə yetirib. Rabil Rzayev “aeroport yolu” ilə şəhərə tərəf hərəkət edirmiş, Günay Məmmədova həmin istiqaməti keçib, yolun digər tərəfində isə onu “BMV X-5” markalı avtomobil vurub.

R. Rzayev G. Məmmədovanın qəzaya düşdüyünü görüb. O, ifadəsində qeyd edib ki, maşından düşüb, yolu keçərək hadisə yerində toplaşanlardan birinə qızı tanıdığını deyib və ailəsinə məlumat vermək üçün G. Məmmədovanın atasının nömrəsini verərək hadisə yerini tərk edib. R. Rzayev ifadəsində hadisə yerini tərk etməsini G. Məmmədovanın ölümündən öncə onu ağır təhqir etməsi və çox əsəbi olması ilə əlaqələndirib.

Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamil Şirinovun APA-ya verdiyi məlumata görə, avqustun 30-da rayon ərazisində metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev 2011-ci ildən Bakı Metropolitenində xidmət aparır. K. Şirinov deyib ki, baş verən hadisədə R. Rzayevin günahının olub-olmaması Suraxanı Rayon Polis İdarəsində aparılan istintaq tədbirlərinin nəticəsində məlum olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı