Gün.Az adından yalan məlumat yayılıb

Gün.Az adından yalan məlumat yayılıb
MEDİA
19:00 18.02.2014
1085
Bu gün Gün.Az saytının elektron ünvanlarından biri olan [email protected]/* */ poçtundan mətbuat vasitələrinə yalan məlumat yayılıb.

AZXEBER.COM xəbər verir ki, yayılan məlumatda Milli Təhlükəsizlik Nazirinin sabiq müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan general-mayor Əli Nağıyev haqqında danışılır.

Gün.Az-ın texniki xidmətinin ilkin araşdırması nəticəsində bilinib ki, hələlik bizə məlum olmayan şəxslər tərəfindən [email protected]/* */ ünvanına bənzər yalan (fake email) yaradılıb və həmin ünvandan KİV-lərə məlumat ötürülüb.Bu zaman məktub göndərənin ünvanı saxtalaşdırılıb və nəticədə bunun [email protected]/* */ ünvanından göndərilməsi təəssüratı yaradılıb. Əslində isə bu məktub Gün.Az-a aid olmayan serverdən göndərilib. Təəssüf ki, bir çoxları tərəfindən bu həqiqi məktub kimi qəbul edilib.

Baş verənlərlə əlaqədar olaraq tərəfimizdən bunun gələcəkdə təkrar olunmaması üçün tədbirlər görülür.

Bir daha qeyd edirik ki, Əli Nağıyevlə bağlı adımızdan yayılan xəbərə Gün.Az-ın aidiyyatı yoxdur. Gün.Az olaraq biz belə bir informasiyanı öz saytımızda yerləşdirməmişik və digər KİV-lərdə yayımlanması üçün email vasitəsilə heç kimə müraciət etməmişik.

Bu informasiyanı nəzərə almağınızı xahiş edirik.

OXŞAR XƏBƏRLƏR