Siqaret həm də beyinin fəaliyyətini pozur, yaddaşı zəiflədir
Gündə bir siqaret çəkmək qadınların ölüm riskini artırır. Gündə bir siqaret çəkmək qadınlarda ürək dayanması nəticəsində qəfil ölüm riskini artırır. Alimlər 30 ildən artıq 100 min amerikalı üzərində tədqiqatlar aparıblar. Bu müddət ərzində ürək tutmasından 300-dən artıq qadın vəfat edib. Nəticədə məlum olub ki, siqaret çəkən qadınlar çəkməyənlərlə müqayisədə ürək tutmasıyla iki dəfə çox rastlaşırlar. Bu ölüm riski hər 5 ildə 8 faiz artır. Əgər qadın bu zərərli vərdişdən əl çəkərsə, o zaman həmin illərdə onun ölüm riski azalır. Əgər qadın siqareti atarsa, 20 ildən sonra onun ölüm riski tamamilə azalır və heç siqaret çəkməyən xanımlarınkına bərabər olur. Britaniya tədqiqatçılarnın müəyyənləşdirdiyinə görə, siqaret çəkmək təkcə onkoloji xəstəliklərə deyil, həmçinin əqli geriləməyə də səbəb ola bilir. Onların sözlərinə görə, siqaret həm də beyninin fəaliyyətini pozur, yaddaşı zəiflədir.