Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? - VİDEO

Gündəlik kirayə verilən mənzillərin yararsız vəziyyətə salınmaması üçün nə edilməldir? - VİDEO
SOSİAL
23:46 19.07.2026
743
Kirayə qaldıqları mənzili bərbad hala saldılar..

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, yayılan görüntülərdə mənzil sahibi bildirir ki, evi turistlərə verib. Onların çıxışıdan sonra evə daxil olduqda gözləmədiyi mənzərə ilə qarşılaşıb.

Son zamanlar bu kimi  hadisələr ilə tez tez rastlaşırıq. Belə ki vəzi şəxslər kirayə qaldıqları evlərə zərər vurur. Əmlak ekspertləri deyirlər ki, mənzil sahibinin müqaviləsi yoxdursa qarşı tərəf bununla bağlı məsuliyyət daşımır.

Müqavilə olarsa belə vəziyyətlərin yaşanmamasına görə tələblər qoyulur.

Bəs sahibkarları bu müqavilədən qaçıran nədir?

Ekspert Elnur Fəzrliyev deyir ki, evə hər yeni şəxs gələrsə buna görə müəyyən edilmiş rüsum var. Bu da bəzən kirayə qiymətindən belə baha olur. Nəticədə sahibkara sərf etmir. Eləcə də ev xarici vətəndaşa verilərsə proses daha da uzanır.

Ekspertlərin fikrincə, bu məsələ ilə bağlı qanunda bir sıra dəyişikliklərin edilməsi mütləqdir.

OXŞAR XƏBƏRLƏR