"Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub" - Səhiyyə Nazirliyi

"Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub" - Səhiyyə Nazirliyi
SAĞLAMLIQ
12:35 21.05.2018
5681
Bakıda "Stimul Hospital"da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.

Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabunçu rayon prokurorluğuna təqdim edilib.

Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.

Hazırda istinaq aparılır.
OXŞAR XƏBƏRLƏR