Gündəmi silkələyən TQDK-nın statistikası

Gündəmi silkələyən TQDK-nın statistikası
Bütün Xəbərlər
11:20 03.06.2015
5852
Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki illərin məzunu olan abituriyentlərlə bağlı açıqladığı imtahan nəticələri müzakirə olunur. Qeyd edək ki, TQDK-nın açıqladığı siyahıda nəticələr heç də ürəkaçan deyil və həmin statistikaya görə, məzunların böyük əksəriyyəti aşağı nəticə əldə edib.
Beləliklə, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etsə də, onlardan 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etsə də, 6107 nəfər 0-200 bal toplayıb. Bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.
III ixtisas qrupu üzrə imtahanda 7812 abituriyentdən 5878-i 0-200 bal yığıb ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etsə də, 1859 nəfəri 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.
Təhsil eksperti Şahlar Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzən bilərəkdən və ya bilməyərəkdən bir şey unudulur ki, bu məzunlar adından da göründüyü kimi, əvvəlki illərdə ümumtəhsil məktəblərini bitiriblər:
“Təbii ki, onlar məktəbi bitirdikləri illərdə əldə etdikləri imtahan göstəricilər yüksək olsaydı elə həmin vaxtda ali məktəblərə qəbul olunardılar.
Bəs orta məktəbi 2, 3, 4, 5 və daha çox il bundan öncə bitirən gəncin indiki anlamda bilik göstəricisinə daha çox kim cavabdeh olmalıdır? Məktəb, yoxsa məzunun özünün fərdi hazırlığı? Əlbəttə ki, sualın çox sadə cavabı var. Burada adi məntiqlə düşünən insan üçün bir şey aydındır ki, əvvəlki illərdə məktəbi TQDK-nın meyarı ilə desək, 0-200 intervalında bal toplayan gənc 2, 3 il sonra vunderkind olmayacaq, əksinə köhnə baqajla bilik göstəricisinin kiçik istisnalarla daha aşağı olmasa təbiidir. Bu statistika ilə təhsilin inkişafına ümumi diaqnoz qoymaq məntiqi düşüncənin məhsulu ola bilməz və subyektiv rəy hesab oluna bilər.
Bir neçə il öncə orta məktəbi bitirib ali məktəblərə girməyənlərin bugünkü biliyinə əsaslanıb təhsilin bugünkü səviyyəsi haqqında nəticə çıxarmaq qüsurludur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır