Günel İbrahimə yeni vəzifə verildi - İçraçı direktor

GƏNCLİK
12:10 13.03.2013
3093
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatında fandreyzinq şöbəsinin müdiri Günel İbrahim yeni sosial vəzifəyə təyin olunub. 
AGAT-dan AZXEBER.COM-a verilən məlumata görə, Günel İbrahim Azərbaycan Respublikası Milli QHT Forumuna icraçı direktor vəzifəsinə təyin olunub.Xatırladaq ki, Milli QHT Forumu 607 QHT-dən ibarət respublikanın ən böyük təşkilat platformasıdır. Foruma ekologiya, gender, insan hüquqları, avrointeqrasiya, vətənpərvərlik və s. kimi istiqamətdə fəaliyyət göstərən QHT-lər daxildir.Qeyd edək ki, Günel İbrahim 2007-2008-illlərdə AR Qızıl Aypara cəmiyyətinin hüquqşünası, daha sonra 2008-2010 fandreyzinq şöbəsinin müdiri, 2010-2013-cü illərdə AGAT-ın maliyyə gətirmə departamentinin müdiri vəzifəsində çalışıb. Bundan başqa G. İbrahim Türk Qızıl Ay Təşkilatında layihələrin yazılması və idarəedilməsi, Alman Qırmızı Xaç Cəmiyyətində fandreyzinq üzrə təlimlərdə təlimçi olub.İcraçı Direktor bu yaxınlarda illik fəaliyyət planını ictimaiyyətə açıqlayacaq.

OXŞAR XƏBƏRLƏR