Günel özünü öldürmək istədi - Somalidəki hadisələrə etiraz olaraq

Günel özünü öldürmək istədi -  Somalidəki hadisələrə etiraz olaraq
Bütün Xəbərlər
12:00 21.06.2014
1675
20 yaşlı Güneli fikrindən daşındırmaq mümkün olub.
Bakıda 20 yaşlı qız intihara cəhd edib.
AZXEBER.COM xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hidayətzadə küçəsi 37 a, mənzil 46 da qeydə alınıb.
Bakı şəhər sakini, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova yaşadığı binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.
G.Həsənova hadisə yerində olan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fikrindən daşındırılıb.
Polisdən G.Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR