Günəşli sakinlərinin də metrosu olacaq

SİYASƏT
10:15 23.08.2013
1759
Bakı Metropolitenində daha 8 yeni stansiya istifadəyə veriləcək. 
AZXEBER.COM-un məlumatına görə, gələn il Bakı Metropolitenin yeni, “Bənövşəyi” xəttinin 2 stansiyası, 2016-cı ilə qədər olan müddətdə isə bu xəttin daha 3, mövcud “Yaşıl” xəttin isə ən azı 3 stansiyası istifadəyə veriləcəkHazırda inşa olunan “Həzi Aslanov-2“ – “Yeni Günəşli” sahəsini tam olaraq “Yaşıl” xəttin qatar hərəkəti dövriyyəsinə qoşmaq üçün tezliklə “Xətai” stansiyasından başlamaqla daha bir istiqamətdə tikintinin başlanması reallıqdır.“Həzi Aslanov” metrosundan Yeni Günəşli qəsəbəsi istiqamətində 300 metrlik tunel artıq qazılıb. Tikinti işləri əvvəlcə 2 saylı Tunel Tikinti idarəsi tərəfindən həyata keçirilsə də hazırda tikinti işləri 1 saylı Tunel tikinti idarəsi tərəfindən həyata keçirilir. 230 metr tikilməsi nəzərdə tutlan tunelin 26 metri tikilib.25 m dərinliyi olacaq stansiyanın 2016-ci ildə istifadəyə veriləcəyi güman edilir.

OXŞAR XƏBƏRLƏR