“Günəşli”də həlak olmuş iki neftçi dəfn olundu – FOTO

“Günəşli”də həlak olmuş iki neftçi dəfn olundu – FOTO
Bütün Xəbərlər
13:54 08.12.2015
1819

Dəfn mərasimində SOCAR-ın nümayəndələri də iştirak edib.

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.

AZXEBER.COM-un Apa-ya istinadən verdiyi məlumata görə, xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib

Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb.

OXŞAR XƏBƏRLƏR