Günün fotosu: Elmarı anası gözyaşları ilə qarşıladı - FOTO

Günün fotosu: Elmarı anası gözyaşları ilə qarşıladı - FOTO
İDMAN
02:31 15.08.2016
7153

Bu gün Rio Olimpiadasında çıxışını başa vuran Azərbaycan cüdoçuları vətənə dönüblər. AZXEBER.COM-un məlumatına görə, 25 nəfərdən ibarət nümayəndə heyəti Paris-Bakı reysi ilə paytaxta gəliblər.

Aralarında gümüş medalçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun(100 kq) da olduğu heyəti gözləyənlər arasında media nümayəndələri ilə yanaşı çox sayda idmansevər və idman ictimaiyyətinin nümayəndələri və idmançıların valideynləri də olublar.

Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 18:50-də enib. Cüdo azarkeşləri idmançıları “Cəngi” sədaları altında, bayraqlarla, idmançıların şəkilləri olan plakatlarvə şüarlarla qarşılayıblar.

Ən maraqlı görüntü isə Elmar Qasımovun anası ilə görüşməsi olub.

OXŞAR XƏBƏRLƏR