Gürcü qadının maşını Bakıda partladı

Gürcü qadının maşını Bakıda partladı
Bütün Xəbərlər
17:07 22.09.2012
1282
Ötən gün saat 19:00 radələrində Bakının Yasamal rayonu ərazisində minik avtomobilinin qaz balonu partlayıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan vətəndaşı Maya Quqanidzenin idarə etdiyi "VAZ-21011" markalı avtomaşında məişətdə istifadə olunan qaz balonunun sızması nəticəsində yanğın baş verib.
Nəticədə avtomaşının salonu qismən yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş sürücüyə isə tibbi yardım göstərildikdən sonra buraxılıb.
OXŞAR XƏBƏRLƏR