Gürcüstanda yaşayan soydaşlarımız 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir.
Bu barədə Gürcüstan Azərbaycanlıları Milli Konqresindən daxil olan bəyanatda deyilir.Qonşu ölkədəki soydaşlarımızın adından edilən müraciətdə gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün İlham Əliyevin verdiyi töhfələrə görə minnətdarlıq edilir. Məktubda həmçinin, son 10 ildə bölgənin inkişafı, Azərbaycanda müşahidə olunan sabitlik və ölkəmizin Gürcüstanın strateji tərəfdaşına çevrilməsi, Gürcüstanda iri investisiya layihələri həyata keçirməsi vurğulanır. Bəyanatda eyni zamanda son illərdə Azərbaycan dövləti tərəfindən Gürcüstandakı Azərbaycan icmalarının inkişafı üçün bir sıra layihələrin reallaşması da xüsusi qeyd olunur.Gürcüstan azərbaycanlıları prezidentliyə namizəd İlham Əliyevin həm xarici, həm də daxili siyasətini dəstəklədiyini bildirir: “Biz əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”.Qeyd edək ki, Gürcüstan Azərbaycanlıları Milli Konqresi Əli Babayevin rəhbərliyi ilə 2012-ci ildə yaradılıb.