Gürcüstan Bakı-Tiflis-Axalkalakı-Qars dəmiryolunun tikintisini sürətləndirdi - VİDEO

Gürcüstan Bakı-Tiflis-Axalkalakı-Qars dəmiryolunun tikintisini sürətləndirdi -  VİDEO
SİYASƏT
00:42 23.08.2013
1493
Bakı-Tiflis-Axalkalakı-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində tikinti işlərinin gecikməsi Gürcüstan hökümətini ciddi addımlar atmağa vadar edib. Problemləri aradan qaldırmaq və işləri sürətləndirmək istəyən rəsmi Tiflis podratçı şirkətdə ciddi dəyişikliklər edib. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin operator-şirkəti, “Marabda-Karçaxi dəmir yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsinə Oleq Biçiaşvili təyin edilib. O, əvvəllər “Gürcüstan dəmir yolları” Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb.“Marabda-Karçaxi dəmir yolu” Məhdud MC-nin layihə kuratoru Rati Divali ANS-ə açıqlamasında bildirdi ki, Oleq Biçiaşvilinin təyinatı ilə işlər daha da intensivləşib. O, son günlər mediada Bakı-Tiflis-Axalkalakı-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində tətillərin olması və işlərin təmamilə dayandırılması barədə xəbərlərə də aydınlıq gətidi.“Marabda-Karçaxi dəmir yolu” MMC-nin layihə kuratoru, Rati Divali: “Bəli artıq bizim şirkətə rəsmi qaydada Oleq Biçiaşvili rəhbərlik edir. Mediada tətillərin keçirilməsi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Yeni təyinat isə işlərin daha da sürətləndirilməsi məqsədi ilə edilib. Bu layihə bizim ən böyük və ən çox ümid bəslədiyimiz layihədir. Və biz çalışacağıq ki, tikinti işləri 2014-cü ilin sonuna kimi tamamlansın”.Son vaxtlar Gürcüstan prezidenti Mixail Saakaşvili tez-tez dəmir yolunun Gürcüstan hissəsinin tikinti işlərinin ləngiməsindən şikayətlənirdi. Məsələnin Azərbaycan tərəfdən daim diqqətdə saxlandığını bildirən Azərbaycan Nəqliyyat Nazirinin Birinci Müavini Musa Pənahov isə bildirdi ki, layihədəki gecikmələrin tez bir zamanda aradan götürülməsi üçün Gürcüstan tərəfi ilə danşıqlar aparılır. Həmçinin onlara lazımı qədər maliyyə yardımı da göstərilib. Layihənin tam vaxtında başa çatdırılması Gürcüstan tərəfin öhdəliyidir.Xatırladaq ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi çərçivəsində dəmir yolu magistralının 105 km-lik qolunun tikilməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanda Ahalkalaki-Marabda-Tbilisi dəmir yolu məntəqəsi yenidən bərpa olunacaq ki, bu da onun buraxılış qabiliyyətini ildə 15 milyon ton yükə çatdıracaq. Ahalkalakidə Gürcüstanda mövcud olan dəmir yolundan Avropaya qatarların ötürülməsi üzrə məntəqə də tikiləcək, Avropa dəmir yolu şəbəkəsinə birbaşa girişi olacaq Bakı-Tbilisi-Qars dəmir yolu magistralı üzrə hər il 30 milyon ton yükün daşınması gözlənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq