Futbol üzrə Gürcüstan millisinin və Türkiyənin "Trabzonspor" klubunun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib.
Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Keçmiş yarımmüdafiəçi 1996/1997 mövsümündə "Trabzonspor"un formasını geyinib. Tbilisi "Dinamo"sundan transfer olunan futbolçu Türkiyədə keçirdiyi bir mövsüm ərzində 32 çempionat oyununda meydana çıxıb və 1 qol vurub.
O, 1992-ci ildən 2004-cü ilə qədər Gürcüstan yığmasının şərəfini qoruyub. Mütəxəssis son olaraq 2020-2021 mövsümündə ölkəsində "Dinamo" (Tiblisi) klubunun baş məşqçisi kimi çalışıb.
///report///











































