Gürcüstan parlamentinin deputatı Mehriban Əliyevanı təbrik etdi

Gürcüstan parlamentinin deputatı Mehriban Əliyevanı təbrik etdi
SOSİAL
16:16 09.03.2017
572
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
 
"Hörmətli Mehriban xanım! İcazə verin, mən də Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edim, belə bir mühüm və məsuliyyətli dövlət işində Sizə uğurlar arzulayım. Sizin ali dövlət vəzifəsinə təyin olunmağınız həm Azərbaycanda, həm də dünyada yaşayan soydaşlarımız tərəfindən böyük sevinc hissilə qarşılandı, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildi. Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəaliyyətinizlə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz və rəğbət qazanmısınız. Sizin Ulu Öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini yeni nəsillərə çatdıran çoxşaxəli fəaliyyətiniz, xalq və dövlət qarşısındakı xidmətləriniz haqqında saatlarla danışmaq olar. Mübaliğəsiz demək olar ki, təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə və həyata keçirtdiyiniz milli və beynəlxalq layihələrə görə hər kəs Sizə hörmət edir və səmimi minnətdarlığını bildirir.
 
Siz Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri və dayağısınız. Azərbaycanda humanizm, mərhəmət və xeyriyyəçilik ənənələrinin yenidən canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi, məhbəsdə olan vətəndaşları da unutmamış, Parlament tərəfindən qəbul edilən 4 Amnistiya aktının müəllifi olaraq, onminlərlə məhbusun azadlığa çıxmasına və onların bağışlanmasına nail olmusunuz. Bu gün qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır və YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi və şifahi irsinin şah əsəri kimi qorunur. Siz dünya mədəniyyətinə və sivilizasiyalararası dialoqa çox böyük töhfələr vermisiniz. Ümumdünya mədəni irsinin bir hissəsi olan Vatikandakı müqəddəs Marçellino və Pyetro yeraltı sərdabələrini bərpa etməyiniz, dünyada ilk dəfə bir müsəlman ölkəsinin xöş niyyətini nümayiş etdirərək, xristianlıq dəyərlərinin qorunub saxlanılmasına yardımı kimi tarixə düşdü. Bütün qərb mətbuatı Sizin bu addımınızı dinlərarası və mədəniyyətlərarası dialoqa verilən sanballı töhfə, Azərbaycanı isə müasir, inkişaf etmiş və tolerant bir ölkə kimi təqdir etdi. Siz, Azərbaycanın haqlı davası, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipial mübarizə aparırsınız.Sizin Azərbaycanda vətəndaş cəmiyyətinə verdiyiniz hərtərəfli dəstək də son dərəcə qiymətlidir.
 
Sizin rəhbərliyiniz altında Azərbaycanda keçirilən "Avroviziya” mahnı müsabiqəsi mütəxəssislər tərəfindən yarışmanın tarixində ən gözəl tədbir kimi qiymətləndirildi. Hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı kimi mötəbər beynəlxalq tərbirlər Azərbaycanın bütün dünyada nüfuzunun və imicinin yüksəlməsində böyük rol oynayır. Dünyanın onlarla ölkəsinin paytaxtında təşkil olunan Azərbaycan Mədəniyyəti günləri isə mədəniyyətimizin təbliğində misilsiz rol oynayır. Sizin idmana da qayğınız, diqqətiniz Gürcüstanda yaşayan azərbaycanlılar üçün fərəh hissi yaradır. "Bakı-2015” ilk Avropa Oyunlarının uğurla keçməsi, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi, həm də Sizin adınızla bağlıdır. Əlbəttə, bu siyahını uzatmaq da olar! Hörmətli Mehriban xanım, Sizin bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti postuna seçilməyiniz Gürcüstanda da sevinclə qarşılandı. Öncə qeyd etmək istərdim ki, dünya azərbaycanlılarının Ümummilli lideri olan Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdi. Həmin dövrdən etibarən Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu ənənəni dahi şəxsiyyətin siyasi varisi olan prezident İlham Əliyev də davam etdirdi.
 
Dövlət başçısının Sizinlə birlikdə Gürcüstan Respublikasına dəfələrlə səfərləriniz, azərbaycanlıların kompakt yaşadığı şəhər və qəsəbələrə təşrif buyurmağınız, onların mövcud problemləri ilə bağlı həyata keçirdiyiniz layihələr soydaşlarımızın böyük rəğbətinə səbəb olmuşdu. Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir. Rəsmi Tbilisi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bununla yanaşı, Sizin rəhbərlik elədiyiniz Heydər Əliyev Fondunun Gürcüstanda gördüyü işlər də təqdirəlayiqdir və soydaşlarımız tərəfindən müsbət qarşılanır. Təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında borçalılara böyük dəstək olur. Xüsusən də məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür.
 
Fond "Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında təhsilin, məktəb infrastrukturunun inkişafı üçün çox mühüm işlər görür. Prezident İlham Əliyevin silahdaşı kimi, Sizin onunla çiyin-çiyinə Azərbaycanın inkişafı üçün çalışacağına əminik.Əminəm ki, Sizin dəstəyinizlə Azərbaycan günü-gündən çiçəklənəcək və biz də baxaraq fəxr edəcəyik. İnanıram ki, Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində, həmçinin Gürcüstanla əlaqələrin inkişafında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Siz bundan sonra da daha mühüm nailiyyətlərə imza atacaqsınız. Azərbaycanımız üçün etdiklərinizə, dövlət və millət adına göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə özüm və Gürcüstan ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm.
 
Bu işdə Sizə uğurlar arzulayıram! Fürsətdən istifadə edib, Sizi həmçinin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq