Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - Fotolar

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində - Fotolar
SOSİAL
20:44 15.04.2025
726
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.

AZXEBER.COM xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, milli çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Klassik avtomobillər sərgisi” ilə də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
09:57 20.10.2026
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
09:54 20.10.2026
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
09:49 20.10.2026
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - Faktiki hava
09:46 20.10.2026
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - Faktiki hava
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşdü - FOTOLAR
09:44 20.10.2026
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşdü - FOTOLAR
Tanınmış meyxanaçı vəfat etdi
09:37 20.10.2026
Tanınmış meyxanaçı vəfat etdi
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
09:32 20.10.2026
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
09:26 20.10.2026
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
09:17 20.10.2026
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
09:06 20.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
08:56 20.10.2026
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
08:48 20.10.2026
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
08:43 20.10.2026
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
08:36 20.10.2026
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
08:28 20.10.2026
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 20.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur