AZXEBER.COM-un"Report”a istinadla xəbərinə görə, XİN-dən "Aktual.ge”yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.
"Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib”, – açıqlamada qeyd olunub.
Nazirlik bildirib ki, daxil olan məlumat dərhal aidiyyəti dövlət qurumlarına göndərilib.
"Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, – XİN-in açıqlamasında vurğulanıb.











































