Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür

Gürcüstan XİN: Azərbaycanın müraciəti üzrə qanunvericiliyə uyğun tədbirlər görülür
SİYASƏT
23:27 06.08.2026
1008
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.

AZXEBER.COM-un"Report”a istinadla xəbərinə görə, XİN-dən "Aktual.ge”yə bildirilib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 5-də rəsmi müraciət ünvanlayıb.
"Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib”, – açıqlamada qeyd olunub.

Nazirlik bildirib ki, daxil olan məlumat dərhal aidiyyəti dövlət qurumlarına göndərilib.

"Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarının diqqətinə çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, – XİN-in açıqlamasında vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl "Report”un yerli bürosu Gürcüstan ərazisində tranzit yük daşıyan bir qrup azərbaycanlı yük avtomobili sürücüsünün müxtəlif gömrük-keçid məntəqələrində günlərlə, bəzi hallarda isə bir aydan artıq müddətdə saxlanıldığını, onlara saxlanılmanın səbəbi ilə bağlı rəsmi izahat verilmədiyini, sənədlərinin götürüldüyünü və yaranmış vəziyyətlə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə diplomatik nota təqdim etdiyini xəbər verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq