Sabiq antirus nazir həbs edildi

Sabiq antirus nazir həbs edildi
DÜNYA
01:50 12.11.2026
51
Serbiyanın keçmiş iqtisadiyyat naziri Rade Basta Belqrad Elektrik Stansiyasına on milyonlarla dinar ziyan vurmaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə Serbiyanın dövlət televiziyası (RTS) məlumat yayıb.

Bildirilib ki, Basta bu səhər Belqrad Baş Prokurorluğunun qərarı ilə Belqradın Nikola Tesla beynəlxalq hava limanında həbs edilib. İstintaqa görə, o, vəzifədə olduğu vaxt müxtəlif idman təşkilatlarına, o cümlədən kiçik futbol və basketbol klublarına, eləcə də atçılıq klubuna əsassız ianələri təsdiqləyib.

Əməliyyat korrupsiyaya qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilir. Hüquq-mühafizə orqanları həmçinin Basta ilə əlaqəsi olduğu iddia edilən daha bir neçə nəfəri həbs edib və axtarışlar aparıb.

Basta 2022-23-cü illərdə Serbiyanın iqtisadiyyat naziri vəzifəsində çalışıb. O, hökuməti Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək barədə təcili mövqe tutmağa çağırdıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra o, "Avropa Yolu" hərəkatını təsis edib.
 
///axar.az 
OXŞAR XƏBƏRLƏR