Viktor Orbanın qardaşı həbs edildi

Viktor Orbanın qardaşı həbs edildi
DÜNYA
01:56 12.11.2026
64
Macarıstanda ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orban həbs edilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo məlumat verib.

Onun sözlərinə görə, məhkəmə iş üzrə bütün şübhəlilərə qarşı irəli sürülən ittihamları əsaslı hesab edib. Şübhəlilərin istintaqdan yayınmaq və ədalət mühakiməsindən qaçmaq ehtimalını nəzərə alan məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Aron Orban və onun tərəfdaşları Vyetnamdan Avropaya qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinirlər. İstintaqın versiyasına görə, onlar Macarıstanın diplomatik nümayəndəlikləri vasitəsilə Şengen vizalarının alınmasına kömək edib və bunun müqabilində pul alıblar.

Məhkəmənin məlumatına əsasən, Viktor Orbanın qardaşı 2024-cü ildə bu cür xidmətləri 100-dən çox şəxsə göstərib.
OXŞAR XƏBƏRLƏR