Bu ölkədə məktəblər, marketlər bağlandı, 200 reys ləğv edildi

Bu ölkədə məktəblər, marketlər bağlandı, 200 reys ləğv edildi
DÜNYA
01:43 12.11.2026
44
Çərşənbə günü Portuqaliyada 200-dən çox aviareys ləğv edilib, həmçinin ölkəni bürüyən güclü yağışlar və qasırğa səbəbindən məktəblər, yüzlərlə supermarket və müəssisə bağlanıb.

Bu məlumatı "Röyters” yayıb.

Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) siklonun Atlantik okeanı üzərində iki hissəyə bölündüyünü və ölkənin cənubundakı Alqarve bölgəsinə çatmazdan əvvəl zəiflədiyini bildirib. Fırtınanın axşam saatlarında Portuqaliyanın cənubunun böyük bir hissəsini və Lissabon bölgəsini vuracağı gözlənilir.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR