Gürcüstana 22 milyon keçirən Azərbaycan vətəndaşı tutuldu - FOTO

Gürcüstana 22 milyon keçirən Azərbaycan vətəndaşı tutuldu - FOTO
DÜNYA
18:27 21.12.2021
972
Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” gömrük məntəqəsində bəyan edilməmiş külli miqdarda pul aşkarlanıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən ətraflı baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 21 milyon 680 min məbləğində rus rublu aşkarlanıb.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə əsasən, qeyd olunan məbləğ 915 633 lari təşkil edir.

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, qanunu pozan Azərbaycan vətəndaşına qarşı sanksiya kimi bəyan edilməmiş pulun müsadirəsi tətbiq olunub.
 
///Report
 

 

 

 


OXŞAR XƏBƏRLƏR