Qorxu janrının məşhur ekran əsərlərindən olan "The Ring" ("Zəng") filmində "Samara Morqan" obrazını canlandıran aktrisa Deyvi Çeyz dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, 35 yaşında vəfat edib.
İddialara əsasən, aktrisanın ölümünə meningit və sepsis səbəb olub.
Məlumatlarda bildirilir ki, son illərdə Deyvi Çeyzin həyat şəraiti ilə bağlı müxtəlif söz-söhbətlər yayılmış, onun evsiz qaldığı və narkotik asılılığından əziyyət çəkdiyi iddia edilmişdi.
Qeyd edək ki, aktrisanın kino sahəsində son işi 2018-ci ilə təsadüf edir.
Aysel












































