Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

SOSİAL
23:51 07.09.2018
6571
Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü  Kərimov Yusif Arif oğlunu (52 kq) maşın vurub.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüldlü idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib.

Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.
 
Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

OXŞAR XƏBƏRLƏR