Gürcüstanda azərbaycanlı ailəni qətlə yetirən şəxs tutulub

Gürcüstanda azərbaycanlı ailəni qətlə yetirən şəxs tutulub
Bütün Xəbərlər
14:07 08.01.2013
880

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Yaxalanın şəxs Dövrüşovların qonşusu, 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanovdur. O, Marneuli rayon Xəstəxanasında müalicə olunan Vəli Dövrüşovu da öldürmək üçün xəstəxanaya gedərkən saxlanılıb. Xəstəxananın yaxınlığında saxlanılan R. Əbdürrəhmanovun üzərində “Valter” tapançası və əl qumbarası aşkarlanıb. O, polisə ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. N. Əbdürrəhmanovu 16 ildən 20 ilə qədər və ya ömürboyu həbs cəzası gözləyir.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü V. Dövrüşov hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.

OXŞAR XƏBƏRLƏR