xari

Gürcüstanda azərbaycanlı qadın bıçaqlandı

KRİMİNAL
23:32 15.02.2021
299
Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Gəncəli kəndində bıçaqlanma hadisəsi baş verib.

42 yaşlı qadın qarın və sinə nahiyəsindən çoxsaylı bıçaq yaraları alıb.

İlkin məlumatlara əsasən, hadisəni mübahisə zəminində qadının oğlu törədib.

Qadın xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı istintaq başlayıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi artıq saxlayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR